AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ-da Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü başlayıb

  • + A
  • - A
  • 29-06-2023, 19:53

    ABŞ-da Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü başlayıb


    ABŞ-da Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü başlayıb. Sülh müqaviləsi layihəsinin müzakirəsi çərçivəsində keçirilən bu görüşün danışıqların ikinci mərhələsinə yekun vuracağı gözlənilir.

    ABŞ dövlət katibi Entoni Blinken Milli Xarici İşlər Tədris Mərkəzində iki ölkənin xarici işlər nazirləri ilə yekun plenar iclasda iştirak edəcək.

    Qeyd edək ki, iyunun 27-də ABŞ-da Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında sülh sazişi layihəsi üzrə danışıqların növbəti raundu başlayıb.

    İlk gün Blinken Xarici İşlər üzrə Milli Təlim Mərkəzində Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə ikitərəfli görüşlər keçirib.

    Görüşlərdən sonra Blinken iki ölkənin xarici işlər nazirləri ilə ilk plenar iclasda iştirak edib. Daha sonra nazirlər 4-5 saatlıq fasilələrlə davam edən ikitərəfli formatda danışıqları davam etdiriblər.

    İkinci gün ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın iştirakı ilə üçtərəfli görüş keçirilib.

    Bundan sonra iki ölkənin xarici işlər nazirlərinin ikitərəfli görüşü keçirilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR