AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gəncədə OLAY: Əvvəl arvadını, sonra özünü bıçaqladı

  • + A
  • - A
  • 1-07-2023, 10:40

    Gəncədə OLAY: Əvvəl arvadını, sonra özünü bıçaqladı


    Gəncədə kişi arvadını bıçaqlayıb, sonra özünə bıçaqla xəsarət yetirib.

    Hadisə şəhərin Sevinc qəsəbəsində qeydə alınıb.

    34 yaşlı Ramin İmanov həyat yoldaşı, 35 yaşlı Şəhla Bayramova ilə mübahisə edib. Daha sonra arvadına 12 bıçaq zərbəsi vurub, özünə də bıçaqla xəsarət yetirib. Hər iki şəxs xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir.

    Qeyd edək ki, cütlük bir il əvvəl boşanıb, lakin təxminən 10 gün bundan öncə yenidən barışıb. Onların 3 azyaşlı övladı var.

    Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR