İranın türkmənlərin kompakt yaşadığı Gülüstan əyalətində 52 200 ton taxıl yoxa çıxıb.
Azadmedia.az xəbər verir ki, bu barədə Gülüstan əyalətinin prokuroru Mahmud İspanlı açıqlama verib.
Belə ki, Taxıl və Ticarət Departamentinin əyalətdəki iki fabrikə verdiyi buğdanın yoxa çıxması ilə bağlı cinayət işinin açıldığını, bir neçə nəfərin saxlanıldığını deyib.
Qeyd edək ki, hazırda taxıl və çörək qıtlığı yaşanan İranda çörəyin qiymətinin bahalaşması ilə bağlı ehtimallar ölkə telekanallarında gündəmə gətirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.