BMT taxıl müqaviləsinin Rusiya hissəsinin həyata keçirilməsinin öhdəsindən gələ bilmədi.
Azadmedia.az-ın məlumatına görə, belə bir açıqlama ilə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova çıxış edib.
Belə ki, "BMT aydın başa düşür ki, onlar təklif etdikləri paket sazişinin həyata keçirilməsi üzrə işlərində uğursuz olublar", - deyə Zaxarova TASS-a bildirib.
Qeyd edək ki, o, təəssüflə bildirib ki, həm BMT-dən asılı olan, həm də asılı olmayan bir sıra səbəblər təşkilata bu vəzifənin öhdəsindən gəlməyə imkan vermir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.