İsrailin müdafiə naziri Yoav Qallantın Azərbaycana rəsmi səfəri başlayıb.
Bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik tviter hesabında məlumat yayıb.
Səfərin iyulun 14-dək davam edəcəyi gözlənilir. Y.Qallantın Azərbaycan Prezidenti İlham Əliyev, müdafiə naziri Zakir Həsənov, Sərhəd Qoşunları Komandanı, general Elçin Quliyev ilə görüşü planlaşdırılır.
Görüşdə məqsəd ölkələr arasındakı siyasi əməkdaşlığı möhkəmləndirmək, təhlükəsizlik və texnologiyalar sahəsində əlaqələri genişləndirməkdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.