AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Əbülfəz Məlikova görə Kəmaləddin Heydərov sorğu-sual edilir… – Yarıtmaz broker əlaltı nazirə cəncəl olub

  • + A
  • - A
  • 23-05-2018, 12:25

    Əbülfəz Məlikova görə Kəmaləddin Heydərov sorğu-sual edilir… – Yarıtmaz broker əlaltı nazirə cəncəl olub















    “Trans Broker” MMC-nin rəhbəri olmuş, hazırda “Gilan Holdinq”də fəaliyyətini davam etdirən, amma hələ də yağ məsulları və avtomobil hisslələrinin idxalınını monopoliyasında saxlayan qeyri-rəsmi milyarder Əbülfəz Məlikov özünün qaranlıq əməlləri ilə hər kəs tərəfindən himayədarı kimi qəbul edilən Fövqəladəə Hallar Naziri Kəmaləddin Heydərovun da başağrısına çevrilib. Məlumatlara görə, konkret maliyyə maxinasiyalarına görə və bunun da nəticəsində Azərbaycanın dövlət büdcəsinə külli miqdarda zərərin vurulması səbəbindən Əbülfəz Məlikova cinayət işi açıla bilər. Bu barədə DİA.AZ-a mötəbər mənbələrdən informasiya daxil olub. Qeyd edək ki, zaman-zaman Əbülfəz Məlikov yerli KİV-də Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun “sağ əli” kimi təqdim olunub.

    Dia.az-a daxil olan son məlumata görə, barəsində müxtəlif dolaşıq xəbərlər yayılan Əbülfəz Məlikov özünün bəzi maliyyə maxinasiyaları ilə həm də FHN şefini hədəfə gətirib.

    Mənbənin söylədikləri: “Əbülfəz Məlikob bu günə qədər gömrük sisteminin əsas qara yaralarından biri olub. İş elə gətirib ki, onun qara işləri bütünlükdə olaraq Dövlət Gömrük Komitəsinin adına MƏNFİLİK gətirib. Onun ayağında böyük maliyyə maxinasiyaları, dövlətdən gizlədilən milyonlar var. İndi bunun hesabatı verilməlidir. Yəqin ki, bu günlərdə Əbülfəz Məlikovun qapısı döyüləcək. Buna hər kəs şahid olacaq. Bunu elə yeni DGK sədri Səfər Mehdiyev də arzulayır. Ona görə də Əbülfəz Məlikovun gömrükdəki biznesi də sıxışdırılır. Nəticədə isə Kəmaləddin Heydərov da hədəfə çevrilir”.

    Məlikov mediaya qapalı şəxs olduğundan indiyə qədər heç bir media nümayəndəsi onunla əlaqə saxlaya bilməyib. Buna baxmayaraq dia.az olaraq onu dinləməyə hazır olduğumuzu bəyan edirik. Mövzunu diqqətdə saxlayacağıq. Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin…


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR