İyulun 17-20-də Türkiyə Prezidenti Recep Tayyıb Erdoğan Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-yə rəsmi səfər edəcək.
Azadmedia.az xəbər verir ki, Türkiyə prezidenti bu ölkələrin başçıları ilə ikitərəfli münasibətləri, beynəlxalq və regional məsələləri müzakirə edəcək.
Belə ki, ilk növbədə iqtisadiyyat və investisiyalar sahəsində əməkdaşlığın inkişafı ilə bağlı fikir mübadiləsi aparılacaq.
Qeyd olunur ki, iyulun 17-dən Erdoğanın üç günlük turu BƏƏ-yə səfərlə başlayacaq. Daha sonra Türkiyə rəhbəri Qətər və Səudiyyə Ərəbistanına səfər edəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.