AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda ətraf mühiti məişət tullantıları ilə zibilləyən şəxslər barəsində tədbirlər görülüb - FOTOLAR

  • + A
  • - A
  • 17-07-2023, 15:34

    Masallıda ətraf mühiti məişət tullantıları ilə zibilləyən şəxslər barəsində tədbirlər görülüb -

    Bakı, 17 iyul — Azadmedia.az

    Masallıda ətraf mühiti məişət tullantıları ilə zibilləyən şəxslər barəsində tədbirlər görülüb.
    Sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı məişət tullantılarının müəyyən edilmiş yerlərdən kənara atılması, ətrafın zibillənməsi halları aşkar edilib.
    Ərazinin zibillənməsi halları ilə bağlı son 2 gün ərzində 7 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (Məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə) maddəsinin tələbini pozduğuna görə inzibati qaydada protokol tərtib olunub.
    Ümumilikdə isə Masallıda cari ilin 6 ayı ərzində qeyd edilən hallarla bağlı 133 nəfər inzibati məsuliyyətə cəlb olunub.
    Bu istiqamətdə tədbirlər davam etdirilir.





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR