AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Nazir müavini Fariz Rzayev İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclasında iştirak edib - XİN

  • + A
  • - A
  • 1-08-2023, 22:59

    Nazir müavini Fariz Rzayev İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclasında iştirak edib -


    Bakı, 1 avqust — Azadmedia.az


    31 iyul 2023-cü il tarixində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının virtual formatda növbədənkənar iclası keçirilib. Bir sıra ölkələrdə Quran-i Kərimin təhqir olunması və yandırılması halları ilə əlaqədar keçirilən tədbirdə ölkəmizi Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Fariz Rzayev təmsil edib.

    Nazir müavini Fariz Rzayev tədbirdə çıxış edərək, xarici ölkələrində müqəddəs Quranın yandırılması və təhqir olunması hallarına yol verildiyini, bunun ifadə azadlığı adı altında təqdim olunması kimi məsuliyyətsiz hərəkətlərin qəbuledilməz olduğunu vurğulayıb, müvafiq dövlət qurumları tərəfindən İslamofobiya ilə mübarizə aparmağa çağırış edib.

    Bundan əlavə, F.Rzayev çıxışında Azərbaycanın müstəqilliyinin ilk günlərindən İslamofobiyanın qurbanına çevrildiyini və ərazilərimizin 20%-nin Ermənistan tərəfindən işğalı zamanı erməni qüvvələrinin çoxlu sayda məscidləri, mədrəsələri və islam irsimizin simvollarını dağıtdığı faktlarını diqqətə çatdırıb. Buna baxmayaraq, Azərbaycanın nifrət və zorakılıq əvəzinə mültikulturalizm və tolerantlıq dəyərlərini təşviq etdiyi, bununla bağlı, Azərbaycanın mədəniyyətlərarası və dinlərarası platforma kimi bır sıra yüksək səviyyəli tədbirlərə mütəmadi əsasda ev sahibliyi etdiyi qeyd olunub.

    Növbədənkənar iclasın sonunda məsələyə dair müvafiq qətnamə qəbul edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR