AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda Uşaq İncəsənət Festivalının iştirakçıları ilə görüş təşkil olunub - FOTOLAR

  • + A
  • - A
  • 1-08-2023, 23:06

    Masallıda Uşaq İncəsənət Festivalının iştirakçıları ilə görüş təşkil olunub -

    Bakı, 1 avqust — Azadmedia.az

    Masallı şəhər Onbirillik İncəsənət Məktəbində Uşaq İncəsənət Festivalının birinci və ikinci mərhələsində uğur qazanmış iştirakçılar ilə görüş keçirilib.
    Tədbirdə məktəbin şagird və müəllim kollektivi, Masallı Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları və qazilər iştirak edib.

    Əvvəlcə tədbir iştirakçıları festivalda rəsm nominasiyası üzrə uğur qazanmış Masallı rəssamlarının əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.
    Sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
    Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət, Elm və Təhsil nazirlikləri və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi Uşaq İncəsənət Festivalının əhəmiyyətindən bəhs edilib.
    Tədbir festivalda uğur qazanmış şagirdlərin ifasında konsert proqramı ilə davam edib.


    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR