Belarusun müvəqqəti işlər vəkili Polşa Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Azadmedia.az xəbər verir ki, buna səbəb Belarus Prezidenti Aleksandr Lukaşenkonun mühafizə helikopterinin Polşanın hava sərhədini pozması olub.
Qeyd edək ki, Polşanın xarici işlər nazirinin müavini Pavel Yablonskin bildirib ki, Varşava lazımi nəticələri çıxarır və sərhədlərin mühafizəsini gücləndirir: “Biz ehtimal edilən təhlükələrin qarşısını alacağıq”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.