Ukrayna Silahlı Qüvvələrinin saxlanması dövlət büdcəsinə ildə təxminən 55 milyard dollara başa gəlir.
Azadmedia.az xəbər verir ki, bunu Ukraynanın Baş naziri Denis Şmıqal bildirib.
Belə ki, Ukrayna hökumət başçısı qeyd edib ki, bu, ölkənin imkanlarını xeyli üstələyir.
Həmçinin "Ordunun saxlanılması Ukraynaya təxminən 2 trilyon qrivenə başa gəlir. Bu, sülh dövründə Ukrayna büdcəsinin gəlir hissəsindən çoxdur", - Şmıqal bildirib.
Qeyd edək ki, Şmıqalın sözlərinə görə, hazırda Ukraynanın dövlət büdcəsi Qərb tərəfdaşlarının maliyyə yardımı, qrantlar və kreditlər hesabına dəstəklənir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.