Britaniyalı deputat Semmi Uilson (Sammy Wilson) ŞKTR-nin dünya tərəfindən tanınmalı olduğunu bildirib.
Azadmedia.az xəbər verir ki, İngiltərənin siyasi jurnalı “Politicshome”dakı məqaləsində S.Uilson yazıb: "Kipr adasında sərhədin hər iki tərəfində tam fəaliyyət göstərən hökumətlər və demokratik sistemlər var. ŞKTR-nin Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınmaması üçün heç bir səbəb yoxdur.
Belə ki, Şimali İrlandiya ilə sülh prosesi zamanı imzalanmış “Xeyirli cümə müqaviləsi” kimi tanınan “Belfast” sazişinə nəzər salaq.
Həmçinin Beynəlxalq Ədalət Məhkəməsinin Kosovonun müstəqilliyi ilə bağlı 2010-cu il qərarı ŞKTR-nin tələbinə daha çox uyğundur.
Qeyd edək ki, Kipr yunanları adada həll planlarını rədd edir. İngiltərə bu prosesdə Kipr türkləri (qıbrızlar) ilə yunanlar arasında vasitəçi olmalıdır”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.