Danimarka Quranın yandırılması ilə bağlı son aksiyalara görə ölkə sərhədlərində nəzarəti gücləndirir.
Azadmedia.az xəbər verir ki, bu barədə Danimarka Ədliyyə Nazirliyi məlumat yayıb.
Belə ki, “Konkret və davamlı təhdidlərə cavab vermək üçün Danimarkaya daxil olanlara diqqət yetirmək lazımdır”, - deyə məlumatda deyilib.
Qeyd olunur ki, sərhəd nəzarətinin daha sərt qaydaları avqustun 10-dək qüvvədə olacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.