BMT-nin Uqandadakı ofisinin fәaliyyәti dayandırılıb
Birləşmiş Millətlər Təşkilatının insan hüquqları üzrə ali komissarı Volker Türk BMT-nin Uqandadakı ofislərinin fəaliyyətinin dayandırıldığını deyib.
Azadmedia.az xəbər verir ki, bu barədə Volker Türk yazılı açıqlama verib.
Belə ki, Uqandadakı ofisin 18 il fəaliyyət göstərdiyini ifadə edən Volker Türk bu proses ərzində böyük irəliləyiş əldə olunsa da, insan hüquqları ilə bağlı ciddi problemlərin davam etdiyini qeyd edib.
Qeyd edək ki, 2026-cı ildə keçiriləcək parlament seçkilərindən əvvəl Uqandadakı humanitar vəziyyətlə bağlı narahatlığını ifadə edən Volker Türk hökumətə milli insan hüquqları qurumunun effektiv və səmərəli fəaliyyət göstərməsini təmin etmələri ilə əlaqədar çağırış edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.