Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan ilə Malayziyanın Baş naziri Ənvər İbrahim arasında videokonfrans baş tutub.
Azadmedia.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Belə ki, danışıqlar zamanı Ərdoğan FETÖ-nün Malayziyada terror təşkilatları siyahısına salınmasının vacibliyinə də diqqət çəkib.
Qeyd edək ki, Ənvər İbrahim Ərdoğanı Malayziyaya səfərə dəvət edib. Türkiyə prezidenti Malayziya baş nazirinə dəvət üçün təşəkkür edib və ilk fürsətdə bu ölkəyə səfər edəcəyini bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.