AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ciddə şəhərində təhlükəsizlik üzrə 40 ölkənin müşavirləri səviyyəsində keçirilən iki günlük məsləhətləşmələr başladı - Ukrayna lehinə qərar çıxacaqmı?..

  • + A
  • - A
  • 6-08-2023, 16:48

    Ciddə şəhərində təhlükəsizlik üzrə 40 ölkənin müşavirləri səviyyəsində keçirilən iki günlük məsləhətləşmələr başladı -



    Avqustun 5-də Səudiyyə Ərəbistanında 40 ölkə nümayəndələrinin iştirakı ilə Ukrayna münaqişəsinin nizamlanması üzrə məsləhətləşmələr start götürüb.

    Azadmedia.az xəbər verir ki, görüşdə Ukrayna prezidenti Volodimir Zelenski tərəfindən irəli sürülən sülh formulunun əsas prinsipləri müzakirə olunub.

    Belə ki, Ciddə şəhərində təhlükəsizlik üzrə müşavirlər səviyyəsində keçirilən iki günlük məsləhətləşmələrdə Braziliya, Böyük Britaniya, Zambiya, Çin, Misir, Aİ, Hindistan, İndoneziya, Meksika, Polşa, ABŞ, Çili, Cənubi Koreya, Cənubi Afrikadan rəsmi şəxslər iştirak edir.

    Həmçinin Səudiyyə Ərəbistanı rəsmiləri ümid edirlər ki, bu görüş Ukrayna böhranın siyasi-diplomatik səylərlə həlli yollarına, koordinasiyalı dialoq və əməkdaşlığın gücləndirilməsinə töhfə verəcək.

    Qeyd edək ki, Rusiya foruma dəvət olunmayıb. RF Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın sözlərinə görə, rəsmi Moskva Ukraynadakı vəziyyətə dair Səudiyyə Ərəbistanındakı çoxtərəfli görüşü anti-Rusiya koalisiyasının yaradılması cəhdi kimi qiymətləndirir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR