Fransa Ukrayna münaqişəsinin sülh yolu ilə nizamlanması üçün məsləhətləşmələrin növbəti raundunu sentyabrın 9-10-da Hindistanda keçirilməsini planlaşdırır.
Azadmedia.az xəbər verir ki, bu barədə “Bloomberg“ agentliyi Fransa Xarici İşlər Nazirliyinin adı açıqlanmayan yüksək vəzifəli nümayəndəsinə istinadən məlumat yayıb.
Belə ki, bu məsləhətləşmələr G20 sammitinə qədər təşkil oluna bilər.
Qeyd olunub ki, Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən məsləhətləşmələrdə təmsil olunan ölkələr Ukrayna münaqişəsi üzrə danışıqların növbəti raundunda Rusiya Federasiyasının iştirakını tələb etməyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.