“Hürriyet” qəzeti bazar ertəsi mənbələrə istinadən yazır ki, Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan avqustda planlaşdırılan danışıqlar zamanı taxıl sazişini, ikitərəfli münasibətləri, Bakı ilə İrəvan arasındakı münasibətləri, həmçinin Suriya məsələsini müzakirə edəcəklər.
Rusiya liderinin mətbuat katibi Dmitri Peskovun daha əvvəl jurnalistlərə verdiyi məlumata görə, Putin və Ərdoğan görüşün yerini və vaxtını ən qısa zamanda dəqiq müəyyənləşdirmək barədə razılığa gəliblər. Onun sözlərinə görə, iki lider arasında keçiriləcək danışıqların gündəliyinə ikitərəfli münasibətlər, Ukrayna və taxıl sazişi məsələsi daxildir.
“Taxıl dəhlizi” birinci yerdədir. Prezident Ərdoğan Rusiya taxılının Türkiyədə emal edildikdən sonra yoxsul Afrika ölkələrinə göndərilməsini təklif edib. Qəzet yazır ki, Putinin “taxıl dəhlizi” çərçivəsində müvafiq jest edəcəyi gözlənilir.
Qəzetin yazdığına görə, liderlər digər mövzularla yanaşı, iki ölkə arasında ticarət əlaqələri, Zəngəzur dəhlizi layihəsi, Türkiyə, Azərbaycan və Ermənistan münasibətləri, eləcə də Suriya problemini müzakirə edəcəklər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.