Mərakeş kralı IV Məhəmməd Fransa və İranın zəlzələdən zərər çəkənlərə humanitar yardımından imtina edib.
Belə ki, məlumatı “Radio Farda” yayıb.
Bildirilib ki, son günlər İranın bir sıra yüksək vəzifəliləri, Prezident İbrahim Rəisi, parlamentin sədri Məhəmmədbaqer Qalibaf, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və Qızıl Aypara Cəmiyyətinin başçısı adından Mərakeşə humanitar yardım edilməsi ilə bağlı dəfələrlə müraciət edilib. Ancaq rəsmi Rabat yardımı qəbul etməyib.
Məlumata görə, 5 il əvvəl Mərakeş Livan “Hizbullah”ı, POLİSARİO (Seyid əl Hamra və Rio-de Qronun Azadlığı Cəbhəsi) cəbhəsini dəstəklədiyi üçün İranla əlaqələri kəsib. Bu cəbhə Qərbi Saxarada fəaliyyət göstərən hərbi-siyasi təşkilatdır. Bu silahlı qruplaşma 1970-1980-ci illərdə Mərakeş və Mavritaniya silahlı qüvvələrinə qarşı fəal silahlı mübarizə aparıb. 1979-cu ildən BMT POLİSARİO cəbhəsini Qərbi Saxara xalqının qanuni nümayəndəsi kimi tanıyıb. Cəbhə Sosialist İnternasionalında müşahidəçi statusuna malikdir. 1982-ci ilin fevralında POLİSARİO Afrika İttifaqı Təşkilatına üzv olub. 15 il əvvəl krallıqda dini quruluşu dəyişməyə cəhd etdiyi üçün Mərakeş İranın Rabatdakı səfirliyini ittiham etmişdi.
Son zamanlar İranın ali rəhbəri ayətullah Seyid Əli Xamənei və Prezident İbrahim Rəisinin müraciətlərinə baxmayaraq, Mərakeş onlara müsbət cavab verməyib.
Qeyd edək ki, Mərakeşin Fransanın humanitar yardımından imtina etməsi də siyasi motivlidir.
Kral hələ ki Böyük Britaniya, İspaniya Birləşmiş Ərəb Əmirlikləri və Qətərin yardım təklifinə müsbət cavab verib.
Mərakeşi 17-ci əsrdən ələvilər sülaləsi idarə edir.
Qeyd edək ki, Mərakeş Milli Geofizika İnstitutundan verilən açıqlamaya görə, cümə günü yerli vaxtla saat 23:11-də (Bakı vaxtı ilə sentyabrın 8-də saat 02:11-də) 7 maqnitudalı zəlzələ baş verib. Zəlzələnin episentri Mərakeş-Safi bölgəsinə daxil olan Əl-Hauz əyalətində yerləşən İgil bölgəsində olub, yeraltı təkanların ocağı 8 km dərinlikdə yerləşib. Təbii fəlakət nəticəsində ölənlərin sayı 2 862, yaralıların sayı isə 2 562 nəfərə çatıb. Ordu.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.