AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı Heydər Əliyev Mərkəzində 15 sentyabr “Bilik Günü”nə həsr olunmuş tədbir keçirilib - FOTOLAR

  • + A
  • - A
  • 14-09-2023, 23:08

    Masallı Heydər Əliyev Mərkəzində 15 sentyabr “Bilik Günü”nə  həsr olunmuş tədbir keçirilib -

    Bakı, 14 sentyabr — Azadmedia.az

    Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Lənkəran-Astara Regional nümayəndəliyinin Masallı bölməsinin və Masallı Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Bilik Gününə həsr olunmuş “Təhsil uğurları parlaq gələcəyin təminatıdır” mövzusunda tədbir keçirilib.

    Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

    Azadmedia.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan GİKM-in Lənkəran-Astara Regional nümayəndəliyinin Masallı bölməsinin əməkdaşı Orxan Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cu il 21 avqust tarixli Fərmanı ilə ölkəmizin bütün təhsil müəssisələrində dərslərin sentyabrın 15-də başlanması və həmin günün "Bilik Günü" kimi qeyd edilməsinin qərara alındığından danışıb. O, Bildirib ki, Bilik Günü - Hər bir kəs üçün əlamətdardır. Bu gün insanların təhsil həyatında yeni-yeni uğurlar qazanmasına xəyallarının ardınca getməsinə zəmin yaradır. Təhsil yolunda inamla addımladıqda nəticələr hər zaman müsbət olur.
    Sonra çıxış edənlər Masallı Heydər Əliyev Mərkəzinin əməkdaşı Şəfa Xəlilova, Masallı Dövlət Regional Kollecinin əməkdaşı Elvira Sultanzadə və Masallı şəhər 2 saylı tam orta məktəbin müəllimi Elanura Babayeva Azərbaycan təhsilinin inkişafında ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən danışaraq Ulu Öndərin Azərbaycan xalqının gələcəyinə istiqamətlənmiş strategiyasında təhsil sahəsinin inkişaf etdirilməsinin əsas məsələlərdən biri olduğunu vurğulayıblar. Həmçının onlar Prezident İlham Əliyevin təhsil sahəsinə verdiyi önəmdən, azərbaycanlı gənclərin dünyanın nüfuzlu təhsil müəssisələrində dövlət proqramları ilə təhsil almasından geniş söhbət açıb, dövlətimiz tərəfindən elmə və təhsilə daima yüksək diqqət və qayğı göstərildiyini xüsusi qeyd ediblər.
    Tədbirin sonunda “Heydər Əliyev və təhsil” adlı film nümayiş etdirilib.






    Ü. Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR