Kazandan Antalyaya uçan Türk Hava Yollarına məxsus sərnişin təyyarəsi kursunu dəyişərək Qazaxıstana enməli olub.
Belə ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Həmçinin məlumata görə, uçuş zamanı təyyarədə olan 17 yaşlı rusiyalı sərnişin infarkt keçirib. Təyyarədə olan həkimlərin səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb. Məhz bu səbəbdən təyyarə Qazaxıstana enməyə məcbur olub. Daha sonra təyyarə yanacaq doldurmaq üçün Trabzona uçub.
Təyyarə Kazandan qalxandan 12 saat sonra Antalyaya enə bilib.
Qeyd edək ki, bu gün Antalyadan Yekaterinburqa uçan sərnişin təyyarəsi mühərrikin birinin xarab olması səbəbindən Qazaxıstanın Aktau aeroportuna enməli olmuşdu.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.