Tramp anası ilə bağlı maraqlı xatirəsini danışıb

ABŞ prezidenti Donald Tramp Böyük Britaniya kralı Kral III Çarlz və kraliça Kamillanın səfəri çərçivəsində etdiyi çıxış zamanı şəxsi bir xatirəsini bölüşüb.
Tramp bildirib ki, Şotlandiyada anadan olmuş anası Britaniya kral ailəsinin böyük pərəstişkarı olub və xüsusilə II Yelizavetanı çox sevib. Onun sözlərinə görə, anası kraliçanın iştirak etdiyi bütün mərasimləri diqqətlə izləyir və bu mərasimlərin gözəlliyinə heyran qalırdı.
ABŞ prezidenti əlavə edib ki, anası gənclik illərində şahzadə Çarlzı çox bəyənir və onu “çox yaraşıqlı” hesab edirdi.
“Anam Çarlza vurulmuşdu – buna inana bilərsiniz?” – deyə Tramp bildirib.
Çıxışı zamanı Tramp mərhum kraliça II Yelizavetanın ABŞ–Böyük Britaniya münasibətlərində xüsusi rol oynadığını da vurğulayıb. O, 1991-ci ildə kraliçanın Ağ Evdə əkdiyi ağacı iki ölkə arasındakı uzunmüddətli dostluğun simvolu kimi dəyərləndirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.