NAZİR MÜAVİNİN HİMAYƏ ETDİYİ XANIM DİREKTOR MÜƏLLİMLƏRƏ QAN UDDURUR – GƏNCƏDƏN XƏBƏR VAR
Bu gün Bizimxeber.az-ın redaksiyasına Gəncə şəhəri, 10 saylı məktəbin bir qrup müəllimi tərəfindən şok edici müraciət daxil olub. Məktubda qeyd olunan fikirlərin etik olmayan hissələrini redaktə etməklə təqdim edirik.
Məktubda deyilir:
Bir neçə vaxtdır ki, adı kütləvi informasiya vasitələrində davamlı olaraq hallandırılan Gəncə şəhərindəki 10 saylı məktəbin direktoru Arzu Əliyeva öz müavini Rəna İsmayılovanı dünən xəstəxanalıq etdi…
Buna səbəb müavinin direktor Arzu Əliyevanın çirkin əməllərinə dəstək verməməsi olub. Vəziyyət o yerə çatıb ki, müavin Rəna İsmayılova iş otağında yüksək təzyiq keçirmiş, vəziyyəti ağırlaşmış və dünən günorta saatlarında məktəbə bir-birinin ardınca təcili tibbi yardım maşını çağırılmışdır. Rəna İsmayılova hal-hazırda ambulator müalicə altındadır.
Bəli, bu özündən razı direktorun məktəbdə etmədiyi biabırçılıq qalmayıb. Niyə? Çünki, güc strukturları, aidiyyəti orqanlar Təhsil Nazirliyi səviyyəsində hələlik, buna göz yumur.
Direktor Arzu Əliyeva isə hazırda özünü Təhsil Nazirinin müavini Mətin Eynullayevin yaxın adamı kimi təqdim edərək hamıya aşkar şəkildə direktor seçilərkən keçirilən müsabiqədə ona Mətin Eynullayevin kömək etdiyini belə bildirməkdən çəkinmir. Mətin Eynullayevin onlarla ailəvi yaxın olduğunu, nazir müavini ilə bir evli kimi olduğunu hamıya tez-tez deməkdən ləzzət alır. Sanki bu direktorun psixoloji problemləri var. Tez-tez koridora çıxıb telefonla uzun-uzadı danışır və müəllimlər otağına gəlib cənab nazir Mikayıl Cabbarovla danışdığını bildirir.
"Kim mənə nə edə bilər, məni bir başa Mətin Eynullayev himayə edir, axşam da ailəlikcə ailəvi istirahət mərkəzində bir yerdə idik” deyir.
Bu günlərdə Arzu Əliyeva müəllimlər otağında məktəbin fəal müəllimlərindən olan Nuridə müəlliməni təhqir etmiş, nəticədə onunla əlbəyəxa olmuşdur.
"Sən məni tanımırsan, mənə dəli ceyran deyərlər”, - deyə öyünmüşdür. Bundan sonra telefonla öz həyat yoldaşına zəng edib məktəbə çağırmış və məktəb direktoruna yaraşmayan biabırçı hərəkətlərə imza atmışdır.
Direktor təyin olunan gündən Arzu Əliyeva kollektivdə öz kobud hərəkətləri və davranışı ilə fərqlənməyə başladı. Bu adam qadın olmağına baxmayaraq dərsə girib hətta anası və atası yaşında olan müəllimlərə belə şagirdlərin gözü qarşısında qışqırır, ədəbsiz sözlər işlədir. Belə hərəkət heç bir pedaqoji etikaya sığmır. Məktəbdə rüşvət ayaq tutub yeriyir.
Bəzi işçilər var ki, məsələn, Təhminə Əliqızı, Xəyalə, Təranə və Nigar xanım adı işdə olsa da bu adamları məktəbdə görən olmayıb, çünki bunların maaş kartı direktor Arzu Əliyevadadır. Məktəbəqədər hazırlıq qruplarında dərs demək üçün məktəbin iki laborantından (?) hərəsindən 5000 manat pul alaraq həmin qrupları onlara vermişdir. Həmin işçilər qanunsuz olaraq hazırlıq qruplarında dərs aparırlar.
Bu məsələ mətbuatda işıqlandırılandan sonra bu dərslərin başqa sahibləri də meydana çıxıb. Məlum olub ki, eyni bir dərsi müxtəlif adamlara verməklə maliyyə pozğunluğu yaradılıb.
Bundan başqa məktəbin 90 nəfərə yaxın müəlliminin hər birindən abunə pulu adı ilə 12 manatdan pul yığmış, bu pulun 300 manatını abunəyə keçirtmiş və qalan hissəsini isə özü mənimsəmişdir.
Arzu Əliyeva adını çəkmək istəmədiyimiz özünü jurnalist kimi təqdim edən bir xanıma (amma, əslində bu adam jurnalist deyil) 500 manat pul verib özü haqqında bir nömrədən ibarət bir qəzetdə material yazdırıb, onu həm müəllimlər otağında stolların üstə qoyub müəllimlərə oxutdurur, həm də kserokopia edib məktəbin şagirdlərinə paylayır ki, oxuyun görün mənim haqqımda qəzetdə müsbət bir məqalə yazılıb. Bütün günü dərs otaqlarına girib sinif rəhbərlərinə həmin cəmi bir nüsxədən və bir nömrədən ibarət olan daha çox sovet dövrlərinin fotomontajını xatırladan həmin qəzetdə dərc olunan məqalənin müzakirəsini keçirtdirir. Amma bizim fikrimizcə, orta məktəblərdə gənc nəslə elm öyrədilməlidir.
Bu insan məktəbi vahimə yuvasına çevirmişdir və hər kəslə qəddarcasına rəftar edir. Məktəbdə oxuyan şagirdlərin təhsilinə və xarakterinə zərbə vuran, tədris binasında söyüşlə danışmağa üstünlük verən belə bir şəxsin qanı Azərbaycanlı qanı ola bilməz. Apardığımız araşdırmalar bunu deməyə əsas verir. Bu barədə, yəni direktorun anasının kimliyi və milliyəti barədə əldə etdiyimiz sənədlərin surətini yaxın günlərdə Sizə təqdim edəcəyik (hələlik müəyyən dəqiqləşdirmələr aparılır)
Cəmiyyət bu qədər problemlər arasında, bir yandan da təhsil işçisinin özbaşınalığına şahiddir, bu gün Gəncə!…
Bu gün Gəncə "qansız başların” meydanına çevrilmişdir. Gələcəyimiz olan gənclərin təhsil aldığı elm ocağı bax bu haldadır. Hər kəs də buna göz yumur.