Sumqayıtda usta faciəli şəkildə ölüb.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, hadisə sentyabrın 19-u saat 10 radələrində Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində baş verib.
Belə ki, tikilməkdə olan çoxmərtəbəli binanın 9-cu mərtəbəsində usta kimi işləyən Taleh Həmidovun hündürlükdən yıxılması nəticəsində almış olduğu xəsarətlərdən ölüb.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanılmaqla ibtidai istintaq aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.