Livanın “Hizbullah” qruplaşması Fələstinin radikal HƏMAS hərəkatına qoşulub İsrailə hücum edəcəyi təqdirdə Ağ Evdə hərbi gücdən istifadənin mümkünlüyü müzakirə edilir. Azadmedia.az bu barədə xarici mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, son günlər Ağ Evdə yüksək rütbəli rəsmilərin bir neçə görüşündə “Hizbullah”ın hücumu zamanı ABŞ hərbi gücündən istifadə imkanları müzakirə olunub.
Lakin, güc tətbiqi ilə bağlı qərar qruplaşmanın hücumunun miqyasından və İsrailin cavab vermək qabiliyyətindən asılı olaraq veriləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.