AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İslam vahidliyə çağırış edən bir dindir

  • + A
  • - A
  • 9-03-2024, 18:27

    İslam vahidliyə çağırış edən bir dindir

    İndoneziyada alimlər birliyi, elm adamları tərəfindən İslam dini ilə bağlı eyni fikirlər formalaşmaqdadır. Əlbəttə burada alimlərin və cəmiyyətlərin üzərinə düşən vəzifələr var. Əvvəla, inkişaf etmək üçün tolerantlıq prinsinplərinə əsaslanmaq lazımdır. İslam vahidliyə çağırış edən bir dindir və bu da cəmiyyətləri, birlikləri dərindən başa düşməyə kömək edir.

    Bu fikirləri İndoneziyanın "Nahdlatul Ulama" Cəmiyyətinin İdarə Heyətinin üzvü Umniati İsmail islamofobiyaya qarşı mübarizəyə həsr olunmuş beynəlxalq konfrans çərçivəsində keçirilən "Cinslərə görə islamafobiyanın əsası: müsəlman qadınların təqib edilməsi və müqaviməti, cins və cəmiyyət" mövzusuna həsr edilmiş aralıq sessiyada çıxışı zamanı deyib.

    Qonaq ölkəsində yaradılmış "Qadın Dirçəliş Cəmiyyəti"nin də öz növbəsində həmcinslərinin səsinin eşidilməsinə xidmət etdiyini deyib. O bildirib ki, müsəlman qadınlar öz hüquqlarının qorunması üçün böyük səylər ortaya qoyurlar. Qadınlar ədalətin bərpa olunmasına çalışırlar. Cəmiyyət tərəflər arasında fikir mübadiləsi aparır, ictimaiyyət arasında qadınların rolunun artırılmasına çalışır və bütün tərəflərin sülh şəraitində yaşamasını təmin edir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR