Ermənistan parlamenti Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiyasını müzakirə edir.
Azadmedia.az-ın “News.am”a istinadən xəbərinə görə, iclas qapalı rejimdə keçirilir.
Belə ki, iclasdan əvvəl jurnalistlərə açıqlama verən müxalif “Ermənistan” fraksiyasının katibi Artsvik Minasyan müzakirələrin ictimaiyyətə açıq olmasının vacibliyini vurğulayıb.
Həmçinin müxalifət toplantı tələbini irəli sürəndə məhz bu faktoru nəzərə alıb.
Qeyd edək ki, Parlamentin spikeri Alen Simonyan bildirib ki, keçmiş müdafiə naziri, “Ermənistan” fraksiyasının rəhbəri Seyran Ohanyan da daxil olmaqla, bir neçə deputat iclasa buraxılmayıb. O bunu parlamentin reqlamenti ilə əlaqələndirib.
Deyib ki, reqlamentin tələblərinə əsasən siyahıda yer alan deputatların məxfi informasiyaya çıxışı qadağan edilib.”
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.