AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Təşkilat üzvü: COP29 zamanı bəzi məsələlər gündəmə gətirilə bilər”

  • + A
  • - A
  • 17-04-2024, 09:20

    Təşkilat üzvü: COP29 zamanı bəzi məsələlər gündəmə gətirilə bilər”

    Bir neçə gün bundan əvvəl BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) növbəti iclası keçirilib. Həmçinin COP29-un loqosunun ehtiva etdiyi məzmun da açıqlanıb. 

    COP29 təşkilat komitəsinin üzvü Pərvanə Vəliyeva AzadMedia.az-a açıqlamasında bildirib ki, Azərbaycanın ev sahibliyi edəcək beynəlxalq tədbir üzərimizə böyük işlər qoyub:

    “59-dən çox dünya dövlətləri liderlərinin Azərbaycana gəlməsi gözlənilir. Bu zaman qətnamələrin qəbul edilməsi də istisna deyil. Hesab edirəm ki, COP29 dünyamıza sülh gətirəcək.

    Qlobal istiləşmə dünyada ciddi problemə çevrilməkdədir. Bu istiqamətdə dünya dövlətlərinin həmrəyliyi xüsusi əhəmiyyət kəsb edir. Elə dövlət yoxdur ki, iqlim dəyişikliyinə məruz qalmasın. Azərbaycan da bu ölkələrdəndir. İlk dəfədir ki, türk dövlətləri arasında COP29 tədbiri keçiriləcək. Bu beynəlxalq tədbirin ölkəmizdə keçirilməsi təsadüfi deyil. Çünki Azərbaycan XX əsrin əvvəllərindən başlayaraq yaşıl enerjiyə, bərpaolunan enerji mənbələrinə keçidi təşviq etməyə başlayıb”.

    Təşkilat üzvünün sözlərinə görə, COP29 həm də bir çox məsələləri gündəmə gətirə bilər:

    “Bildiyiniz kimi, Ermənistan tərəfindən Araz çayına zəhərli maddələr axıdılır. Bu da əhalinin sağlamlığı üçün təhlükədir. Həmçinin minaların basdırılması və xəritələrin verilməməsi kimi məsələlər COP29 zamanı bir daha gündəmə gətirilən bilər. Hesab edirəm ki, bu zaman müəyyən konsensusa da nail oluna bilər”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR