Rövşən Rzayev məsələyə əl qoydu, Tacirin anasının ev məsələsi həll olundu
Tacir Şahmalıoğlu: “Anam yaşadığı evindən çıxarılmayacaq”.
Bunu AzNews.az-a açıqlamasında müğənni Tacir Şahmalıoğlu anası 82 yaşlı Südabə Allahverdiyevanın məskunlaşdığı mənzildən çıxarılması ilə bağlı məlumata aydınlıq gətirərkən deyib.
Tacir Şahmalıoğlu bu gün Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olduğunu dedi:
“Bütün sənədləri aparıb onlara təqdim etdim. Komitə həmin sənədlər əsasında iki məktub hazırlayaraq, birini Ədliyyə Nazirliyinə, ikincisini isə Yasamal Rayon İcra Hakimiyyətinə göndərdi. Anam daha evindən çıxarılmayacaq. İnanın, anam sevindiyindən uşaq kimi ağlayır”.
Qeyd edək ki, müğənni Tacir Şahmalıoğlunun anası Südabə Allahverdiyevanın yaşadığı mənzildən çıxarıldığı ilə bağlı olke.az saytı xəbər yaymışdı.