General-mayor işdən çıxarıldı- Azərbaycanda
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanov vəzifəsindən azad edilib.
Ədliyyə general-mayoru Hüseyn Əlixanov tutduğu vəzifədən azad olunaraq təqaüdə göndərilib.
Məsələ ilə bağlı açıqlamasında Hüseyn Əlixanov işdən getdiyini təsdiqləyib:
"Mən işləmirəm artıq, təqaüdə çıxmışam. Hələ ki, yerimə təyinat yoxdur".
Qeyd edək ki, Penitensiar Xidmətin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov virtualaz.org-a isə bildirib ki, məlumat doğru deyil. Onun sözlərinə görə, general-mayor Hüseyn Əlixanov hazırda məzuniyyətdədir.
Penitensiar Xidmətdən Trend-ə verilən məlumatda qeyd olunub ki, H.Əlixanov yaş həddi ilə əlaqədar təqaüdə göndərilib: "Hüseyn Əlixanovun 65 yaşı tamam olmuşdu, ona görə də təqaüdə göndərilib. Hələ bu vəzifəyə təyinat olmayıb". (Teleqraf.com)