Ramil Usubov generalı təqaüdə göndərdi
Daxili İşlər Nazirliyinin yüksək rütbəli əməkdaşı təqaüdə göndərilib.
“APA” xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi, polis general-mayoru Sərvər Mehrəliyev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Onun yerinə hələlik təyinat yoxdur.
DİN-dən APA-ya faktı təsdiqləyiblər.