Azərbaycan qazının Bolqarıstana ixracı ildən-ilə artır. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstan Prezidenti Rumen Radevlə mətbuata açıqlamasında deyib.
“Keçən il Bolqarıstan bazarına 1 milyard 250 milyon kubmetr Azərbaycan qazı nəql olunub, müqayisə üçün deyə bilərəm ki, 2022-ci ildə bu rəqəm cəmi 600 milyon olub”
Əliyev onu da vurğulayıb ki, Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi son vaxtlar bir neçə dəfə artıb. Bunun əsas səbəbinin energetika sahəsində əməkdaşlıq olduğunu deyən dövlətimizin başçısı onun hazırkı səviyyəsinin və perspektivlərinin də çox müsbət olduğunu qeyd etdi.
Əliyev həmçinin bildirib ki, Azərbaycan tərəfdaş ölkələrlə, o cümlədən Bolqarıstanla yaşıl enerji kabeli ilə bağlı çox fəal işləyir.
Bir neçə aydan sonra hazır olacaq texniki-iqtisadi əsaslandırmanın işə başlamaq üçün əla əsas olacağını əlavə edən dövlət başçısı qeyd edib: “Beləliklə, Azərbaycan Avropaya nəinki neft və qaz, həm də tədarükçüsü kimi özünü sübut edəcək. yaşıl enerjinin də potensialı kifayət qədər genişdir və bu barədə ilin sonunda COP29 konfransında da danışacağıq”.
Prezident İlham Əliyev onu da qeyd edib ki, Azərbaycan investisiyaları sayəsində bir neçə gün əvvəl Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsi tamamilə başa çatıb.
Bu dəmir yolunun ötürmə qabiliyyətinin bir neçə dəfə artdığını vurğulayan dövlət başçısı deyib: “Bir zamanlar Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən bu layihə bu gün genişləndirilmiş imkanlar sayəsində Orta Dəhlizin mühüm seqmenti kimi mühüm rol oynayacaq. Şərq-Qərb dəhlizi ilə və əks istiqamətdə daha böyük həcmdə yüklərin daşınması əlaqələrimizi daha da möhkəmləndirəcək”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.