AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gürcüstan parlamenti mayın sonu qalmaqallı qanunu təkrar səsverməyə çıxaracaq- MÜSAHİBƏ

  • + A
  • - A
  • 22-05-2024, 09:15

    Gürcüstan parlamenti mayın sonu qalmaqallı qanunu təkrar səsverməyə çıxaracaq-

    Gürcüstanda yaşayan azərbaycanlı ictimai fəal Elvin Tağıyev AzadMedia.az-ın suallarını cavablandırıb. O, Gürcüstandakı etiraz aksiyaları barədə danışıb.

    - Elvin bəy, hazırda Gürcüstanda vəziyyət necədir?

    - Hazırda Gürcüstanda vəziyyət normaldır. Təxminən 40 günə yaxın idi ki, etirazlar geniş vüsət almışdı. Onminlərlə insan küçələrə axın etmişdi. İndi isə etiraz aksiyaları səngiyib.

    - Buna baxmayaraq “xarici agentlər haqqında” qanun qəbul edildi. Sizcə bundan sonra vəziyyət necə olacaq?

    - Gürcüstan gündəmində aktual mövzuya çevrilmiş, "Xarici Təsirin Şəffaflığı" qanun layihəsi uzun bir ictimai etirazlara baxmayaraq 14 may tarixində Gürcüstan parlamentində plenar iclasın, üçüncü oxunuşuna çıxarılaraq qəbul edilib. Sözü gedən qanun layihəsinin qəbul edilməsi üçün hakim "Gürcü Arzusu" partiyasının parlamentdəki 84 millət vəkili səs verib.

    - Hətta prezident qanuna veto qoyub. Parlament hansı reaksiyanı verə bilər?

    - Sizin də qeyd etdiyiniz kimi, Gürcüstan prezidenti Salome Zurabişvili, öz bəyanatında vurğulayıb ki, əgər "Xarici Təsirin Şəffaflığı" qanun layihəsi hökümət çoxluqu tərəfindən təsdiqləndiyi təqdirdə öz prezident səlahiyyətindən istifadə edərək veto qoyacaq. Xanım prezident sözü gedən layihəyə söz verdiyi kimi veto qoydu. Bununla da qanun layihəsinin qüvvəyə minmə prosesi bir qədər ləngidi.

    - O zaman qanun yenidən müzakirəyə çıxarılacaq?

    - Aldığımız məlumata əsasən "Xarici Təsirin Şəffaflığı" qanun layihəsi prezidentin vetosundan sonra may ayının 28 ya 31 tarixlərində təkrar olaraq Gürcüstan parlamentinin plenar iclasına səs verməyə çıxarılacağı gözlənilir. Səsvermə zamanı hakim "Gürcü Arzusu" partiyasının 84 millət vəklindən 76 millət vəkilinin belə dəstəkləməsi kifayət edir ki, qanun layihəsi təkrar olaraq təsdiqlənsin. Qanun səs vermə yolu ilə təsdiqləndiyi halda yekun imza üçün, parlamentin sədri Şalva Papuaşviliyə təqdim ediləcəkdir. Yekun olaraq qeyd edək ki, qalmaqallı qanun layihəsinə etiraz əlamətilə, bu ilin aprel ayının 15 dən başladılmış aksiyalar müntəzəm olaraq davam etdirilir. Biz ölkəmizdə baş verən siyasi böhranın sülh yolu ilə qısa bir zamanda həll olunacağına ümid edirik. Bununlada xalqımızı gələcək rifahının yağşılaşacağını arzu edirik.

    Xəlil XƏLİLOV


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR