Fatimənin gözəllik salonu qarət olundu: Rəqqasə oğrunun videosunu yaydı (VİDEO)
Rəqqasə Fatimə Fətəliyevanın mərkəzindən oğurluq olub.
Onun Ziya Bünyadov 36 A ünvanında yerləşən gözəllik mərkəzi qarət olunub.
Bu barədə rəqqasənin özü instaqramda məlumat verib. Fatimə təhlükəsizlik kameralarında əks olunan görüntüləri paylaşaraq ona böyük bir ziyan dəydiyini bildirib: “Gecə saatlarında qarət olunub. Görüntülərdə gördüyünüz şəxs salonuma daxil olaraq, mənə böyk ziyan vurub.
Ən əsası iş üçün istifadə etdiyimiz iPad-i oğurlayıb. Orada mənim işlə bağlı bütün materiallarım var idi. Hörmətli dövlət orqanları, sizdən xahiş edirəm, təcili sürətdə bu gördüyünüz oğrunu tapın”.