AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sutka ərzində baş verən cinayət və hadisələr

  • + A
  • - A
  • 28-08-2024, 10:37

    Sutka ərzində baş verən cinayət və hadisələr

    DİN-in Mətbuat Xidmətindən Azadmedia.az-a verilən məlumata görə,

    - Avqustun 27-də ölkə ərazisində qeydə alınan 32, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
    - Axtarışda olduğuna görə ümumilikdə 88, o cümlədən borclu şəxs qismində axtarışda olan 57 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
    - Narkotiklərlə əlaqəli 19, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.
    - Cinayət törətməkdə şübhəli bilinən 47 nəfər saxlanılıb.
    ***

    Polis Xaçmazda silsilə əməliyyatlar keçirib

    Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin kultivasiyası ilə məşğul olan və qanunsuz odlu silah-sursat saxlayan şəxslərə qarşı əməliyyatlar keçirilib.

    DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, əməliyyatlarla rayon sakinləri Faiq Cəmilov, Fərid İsayev və Emin Vəlibəyov saxlanılıblar.
    Onlardan kultivasiya yolu ilə yetişdirdikləri ümumilikdə *379* kiloqram çəkidə 355 ədəd çətənə kolu aşkarlanıb.

    Həmçinin, keçirilən tədbirlərlə rayon sakini Ravid Ağakişiyev saxlanılıb. Ondan 2 ədəd tapança, 1 ədəd patron darağı və 7 ədəd patron aşkar olunaraq götürülüb.

    Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

    ***

    *Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir.*
    *Avqustun 27-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 4 tüfəng, 1 patron darağı və 28 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.*
    ***

    *Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 27-də ümumi çəkisi 20,1 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.*
    *Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.*
    ***

    *Polis əməkdaşlarının avqustun 27-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 14 nəfər saxlanılaraq istintaqa təhvil verilib.*
    ***

    *Avqustun 27-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.*
    ***

    *Yasamal RPİ-nin 26-cı Polis Bölməsinə bir nəfərin bank kartından 500 manatının oğurlanması barədə məlumat daxil olub.*
    *Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən A.Abbasov müəyyən olunaraq saxlanılıb.*
    *Araşdırma aparılır.*
    ***

    *Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə bir nəfəri aldadaraq hesabına 200 manat ödətdirilməsi barədə məlumat daxil olub.*
    *Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən K.Kərimzadə müəyyən olunaraq saxlanılıb.*
    *Araşdırma aparılır.*
    ***

    *Binəqədi rayonu ərazisində yerləşən evlərin birindən 2 ədəd mobil telefonun oğurlanması barədə polisə məlumat daxil olub.*
    Keçirilən tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş S.Xəlilov müəyyən edilərək saxlanılıb.
    Onun ayrı-ayrı vaxtlarda başqa şəxslərin də mobil telefonlarını oğurlaması müəyyən olunub.
    Araşdırma aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR