Qızılburun-Gilgilçay istiqamətində qatarların hərəkəti bərpa olundu
29 avqust saat 04:00-da Qızılburun-Gilgilçay istiqamətində hərəkət edən yük avtomobili idarəetməni itirərək körpüdən aşıb və dəmir yolu xəttinin üzərinə düşüb.
Hadisə nəticəsində ciddi zədələnmiş kontakt şəbəkə sistemi qısa müddətdə bərpa edilib, bu istiqamətdə qatarların hərəkəti qrafik üzrə təmin olunub.
Hazırda dəmir yolu infrastrukturuna dəymiş ziyan müəyyənləşdirilir.