AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

DİN BNMİ əməkdaşları tərəfindən 38 kq narkotik vasitə dövriyyədən çıxarılıb

  • + A
  • - A
  • 3-09-2024, 11:38

    DİN BNMİ əməkdaşları tərəfindən 38 kq narkotik vasitə dövriyyədən çıxarılıb


    DİN Baş Narkotiklə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən növbəti əməliyyatlarla mütəşəkkil dəstə üzvləri əvvəllər dəfələrlə məhkum olunmuşlar Elçin Həmzəyev, Hüseyn Fətullayev və tanışı Seyfət Pənahov saxlanılıblar. Onların üzərindən və avtomobillərindən *38 kiloqram* tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş *marixuana* və *tiryək* aşkarlanıb.
    Saxlanılan şəxslər narkotik vasitələri sosial şəbəkələrdə tanış olduqları şəxsiyyəti araşdırılan İran vətəndaşlarından əvvəlcədən müəyyənləşdirilən məkanlardan götürərək satışını həyata keçirməyi və maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırıblar.
    Faktlarla bağlı cinayət işləri başlanılıb, məhkəmənin qərarı ilə onlar barəsində həbs-qətimkan tədbirləri seçilib.
    E.Həmzəyev, H.Fətullayev və tanışı S.Pənahovla əlbir olan digər şəxslərin də saxlanılması istiqamətində tədbirlər davam etdirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR