AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şəkidə narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs həbs edilib

  • + A
  • - A
  • 4-09-2024, 10:35

    Şəkidə narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs həbs edilib


    Şəki Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı “Qazel” markalı avtomobilin sürücüsü Rövşən Vahidov təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün ona “saxla” işarəsi verilib.
    DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Azadmedia.az-a bildirilib ki, yoxlama zamanı R.Vahidovun narkotik vasitə qəbul etdiyinə dair şübhə yarandığından sürücü tibbi müayinədən keçirilib. Nəticədə onun narkotik vasitə olan marixuana istifadə etdiyi müəyyənləşib.
    Həmçinin, şəxsi axtarış zamanı əvvəllər də dəfələrlə məhkum olunmuş R.Vahidovdan marixuana aşkarlanıb.
    Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR