DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Azadmedia.az-a verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən nəzarət-profilaktik tədbirlər zamanı rayonun Qara Nuru kəndi ərazisində məişət tullantılarının qalaqlanması faktı aşkarlanıb. Qeyd olunan ərazinin təmizlənməsi təmin olunub və qayda pozuntusuna yol verən şəxslər barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.