AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sutka ərzində baş verən cinayət və hadisələr

  • + A
  • - A
  • 10-12-2024, 13:37

    Sutka ərzində baş verən cinayət və hadisələr

    DİN-in Mətbuat Xidmətindən Azadmedia.az-a verilən məlumata görə,

    - Dekabrın 9-da ölkə ərazisində qeydə alınan 30, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
    - Axtarışda olduğuna görə ümumilikdə 97, o cümlədən borclu şəxs qismində axtarışda olan 68 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
    - Narkotiklərlə əlaqəli 4, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 12 fakt müəyyən edilib.
    - Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb.
    ***

    Dekabrın 9-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatdırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 8 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
    ***

    Polis əməkdaşlarının dekabrın 9-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
    ***

    Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

    Dekabrın 9-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 tapança, 11 tüfəng, 4 patron darağı və 90 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
    ***

    Bank kartından oğurluq

    Səbail rayonu ərazisində bir nəfərin bank kartından 6000 manatının oğurlanması barədə polisə məlumat daxil olub.

    Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə* oğurluq əməlini törətməkdə şübhəli bilinən 44 yaşlı Z.Məmmədov müəyyən olunaraq saxlanılıb.

    Araşdırma aparılır.
    ***

    Dələduzluq

    Sumqayıt ŞPİ 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə* şəhər sakini olan bir nəfərin 20000 ABŞ dollarını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 41 yaşlı B.Eyvazov müəyyən olunaraq saxlanılıb.

    Araşdırma aparılır.
    ***

    Polis Nəsimi və Binəqədi rayonlarında oğurluqda şübhəli bilinən 4 nəfəri saxlayıb

    Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə müraciət edən şəxs* 20 Yanvar küçəsindən 1500 manat dəyərində mopedinin oğurlandığını bildirib.

    Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə* oğurluq əməlində şübhəli bilinən iki yeniyetmə müəyyən olunaraq saxlanılıb.

    20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə* rayon ərazisində yerləşən mağazada bir nəfərin 250 manat pulunu və mobil telefonunu oğurlamaqda şübhəli bilinən, əvvəllər oğurluq və narkotik cinayətlərinə görə məhkum olunmuş 51 yaşlı R.Rəhimov saxlanılıb.

    Binəqədi rayonu ərazisində isə iaşə obyektlərinin birində 2 nəfərin ümumilikdə 1200 manatını oğurlamaqda şübhəli bilinən 22 yaşlı İ.Şabanlı *Binəqədi RPİ 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

    Faktlarla bağlı araşdırmalar aparılır.
    ***

    Polis əməkdaşları Sumqayıtda və Abşeron rayonunda mobil telefon oğurluğunda şübhəli bilinən 4 nəfəri saxlayıb

    Sumqayıt şəhəri ərazisində bir nəfərin mobil telefonunu oğurlamaqda şübhəli bilinən 26 yaşlı S.Abıdov *Sumqayıt ŞPİ 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

    Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə* müxtəlif vaxtlarda 3 nəfərin mobil telefonlarını oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 47 yaşlı M.Sənəliyev, 40 yaşlı Z.Fərzalıyev və 49 yaşlı Z.Məlikzadə müəyyən olunaraq saxlanılıblar.

    Faktlarla bağlı araşdırmalar aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR