Yevlaxda qanunsuz odlu silah əldə edən və narkotiklərin satışı ilə məşğul olan şəxslər saxlanılıblar
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində qanunsuz olaraq odlu silah-sursat əldə etməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Mahir Əliyev saxlanılıb. M.Əliyevdən "TT" markalı tapança, 4 ədəd patron və patron darağı aşkar edilib. O, silahı bir müddət əvvəl əldə etdiyi və polisə təhvil verməyərək özündə saxladığını bildirib.
Keçirilən digər bir əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Yevlax rayon sakini Elşən Abbasov da saxlanılıb. Ondan 1 kiloqrama yaxın marixuana aşkarlanıb.
Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.
**
*DİN-in Mətbuat Xidmətindən Azadmedia.az-a verilən məlumata görə,
- *İyulun 11-də ölkə ərazisində qeydə alınan 33, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.*
- Axtarışda olduğuna görə ümumilikdə 131, o cümlədən borclu şəxs qismində axtarışda olan 106 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
- Narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb.
**
*İyulun 11-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 4 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.*
**
*Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir.*
*İyulun 11-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 7 tüfəng və 33 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.*
*Keçirilən tədbirlərlə qanunsuz saxlanılan 1 patron darağı və 4 ədəd patron aşkar edilərək götürülüb.*
**
*Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 11-də ümumi çəkisi 7 kiloqramdan artıq narkotik vasitə, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 23 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.*
*Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.*
**
Bank kartlarından oğurluq
Paytaxtın Nərimanov, Nəsimi, Yasamal və Suraxanı rayonlarında Bakı şəhər sakini olan 4 nəfərin bank kartlarından müxtəlif vaxtlarda 500, 714, 4590 və 2000 manat olmaqla ümumilikdə 7804 manat vəsaitlərinin oğurlanması barədə *polisə məlumatlar daxil olub.*
*Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən* Q.Əmirxanov, T.İsmayılov, G.Rəhimova və Ş.Babayeva müəyyən olunaraq saxlanılıb.
Faktlarla bağlı araşdırma aparılır.
**
*Polis əməkdaşlarının iyulun 11-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 2 nəfər saxlanılaraq istintaqa təhvil verilib.*
**
*Dələduzluq*
Bakı şəhər sakini olan qadın aldadılaraq 8000 manat pulunun alınması və adına kreditə mobil telefon götürülməsi ilə bağlı *Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə müraciət edib.*
*Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən,* əvvəllər də eyni əmələ görə məhkum olunmuş N.Hacızadə müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
**
*Oğurluq*
*Yasamal rayonunda kosmetoloji marketin anbarından oğurluq olub.* İyulun 9-na keçən gecə baş verən hadisə ilə bağlı polisə məlumat verilib. Məlum olub ki, anbardan 2300 manat dəyərində kosmetik əşyalar oğurlanıb.
*Yasamal RPİ 27-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə* oğurluq əməlini törətməkdə şübhəli bilinən Pərviz Hacıyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
**
*Yasamal RPİ-nin 28-ci Polis Şöbəsinə* müraciət edən bir nəfər “KİA” markalı avtomobilindən 2 ədəd eynək, sənəd və bank kartının oğurlandığını bildirib.
*Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə* oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Ramil Məmmədzadə saxlanılıb.
Onun müxtəlif vaxtlarda rayon ərazisində “Mercedes” markalı daha iki avtomobildən ümumilikdə 580 manat pul oğurlaması, habelə “Mercedes” markalı bir avtomobilin şüşəsini sındırması da müəyyən edilib.
Araşdırma aparılır.