Qonşu ölkədə arvadı tərəfindən döyülən kişi polisə sığındı, daha sonra…
Evdə işgəncə görən və boşanmaq istəyən kişini arvadı mətbəx aləti ilə döyüb.
Teleqraf.com bildirir ki, İstanbulda yaşayan Yaqub 3 il öncə Məryəm adlı qadınla evlənib.
Cütlük arasında tez-tez problemlər olub, dava düşüb. Məryəm qayınanası ilə görüşmək istəmədiyi üçün ərini küçədə saxlayıb, əri isə oteldə qalmağa məcbur olub.
Buna görə də Yaqub boşanmaq üçün məhkəməyə müraciət edib.
Boşanmaq istəməyən Məryəm ərini möhkəm döyüb. Arvadının əlindən qaçıb polisə sığınan kişi daha sonra xəstəxanada müalicə alıb.
Qeyd edək ki, qadını 3 ilə qədər həbs gözləyir.