AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Məhkəmə federasiyanın sabiq vitse-prezidenti ilə bağlı qərar verdi

  • + A
  • - A
  • 16-05-2025, 09:13

    Məhkəmə federasiyanın sabiq vitse-prezidenti ilə bağlı qərar verdi

    Azərbaycan Kikboksinq və Sambo Federasiyasının sabiq vitse-prezidenti, peşəkar idmançı Səbuhi Vaqif oğlunun (Səbuhi Rəcəb) işinə Ali Məhkəmədə yekun qərar verilib.

    Teleqraf-ın əldə etdiyi xəbərə görə, S.Rəcəb tanışı Şahin Əliyevi Səhiyyə Nazirliyinin Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektor vəzifəsinə düzəldəcəyinə dair yalan vəd verib və onun ümumilikdə 250 min manatını dələduzluq yolu ilə ələ keçirib.

    Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə yolu ilə tanışı Səbinə Əliyevaya birlikdə iş görüb, qazanc əldə etməsinə dair yalan vəd verib. S.Rəcəb bu adla ondan ümumilikdə 40 min manat pulu dələduzluq yolu ilə alıb.

    Eyni zamanda, o, digər tanışı Günay Əliyevanın “Bentley" markalı avtomobilini dələduzluq yolu ilə ələ keçirərk ona qarşı 51 min manat məbləğində ziyan vurub.

    Səbuhi Rəcəb üç nəfərə yalan vəd verərək 341 min manat dələduzluqa təqsirli bilinib. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

    Xatırladaq ki, Səbuhi Rəcəb əvvəllər Konstitusiya Məhkəməsində çalışıb. Daha sonra Azərbaycan Kikboksinq və Sambo Federasiyalarında döyüş sambosu üzrə vitse-prezident olub.

    2018-ci ildə isə Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyinin vitse-prezidenti vəzifəsinə təyin edilib. O, həmçinin 2020-ci ildə 13 saylı Xəzər-Pirallahı dairəsindən deputatlığa namizəd olub.

    Cinayət işi üzrə təqsirlənirilən şəxs qismində ifadə verən Səbuhi Rəcəb ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səbuhi Rəcəb 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
    Hökmdən narazı qalan zərərçəkmiş Şahin Əliyev apellyasiya şikayəti verib. O, dəymiş ziyanın ödənilmədiyini nəzərə alaraq Səbuhi Rəcəbə daha ağır cəzaya, 10 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi barədə qərarın qəbul edilməsini xahiş edib. Digər zərərçəkmiş Səbinə Əliyeva da eyni tələblə şikayət verib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR