AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakıda avtobus sürücüləri qadını içki məclisində zorladılar — Şok cinayət

  • + A
  • - A
  • 4-02-2019, 11:33

    Bakıda avtobus sürücüləri qadını içki məclisində zorladılar — Şok cinayət















    Bakıda qadını zorlayan avtobus sürücüləri Ali Məhkəməyə kassasiya şikayəti veriblər.
    “Ölkə.Az”-xəbər verir ki, cinayət məcəlləsinin zorlama maddəsi ilə məhkum olunan Tacəddin Zeynalov və Camal Tağıyevin məhkəmə prosesi mart ayının 12-də hakim İmran Hacıqayıbovun sədrliyi ilə keçiriləcək. Xatırladaq ki, 2017-ci ilin iyul ayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 30 yaşlı qadını zorlamaqda, qanunsuz həbs etməkdə, seksual xarakterli hərəkətə məcbur eləməkdə təqsirli bilinən Tacəddin Zeynalov 8 il, Camal Tağıyev isə 6 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, hadisə 2017-ci ilin dekabrında 4-cü mikrorayon, Mir Cəlal Paşayev küçəsində qeydə alınıb. 30 yaşlı Sahibə Məmmədova (ad və soyad şərti verilib) Nəsimi rayon Polis İdarəsinə təcavüzə məruz qalması ilə bağlı müraciət edib. Bildirib ki, o, 65 nömrəli sərnişin avtobusunda həmin avtobusun sürücüsü Camal Tağıyevlə tanış olub. Bir neçə gün sonra isə Camal Tağıyevin evindəki qonaqlıqda iştirak edib. Qadın yeyib-içmək məclisində 61 nömrəli avtobusun sürücüsü, 1979-cu il təvəllüdlü Tacəddin Zeynalov ona qarşı qeyri-etik hərəkətlər edib. Bu zaman Sahibə Məmmədova ona etirazını bildirib. Bundan sonra sürücülər Sahibəni zorlayıblar. Tacəddin Zeynalov Cinayət Məcəlləsinin 145.2.4-cü (qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 149.2.1-ci (zorlama, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) , 149.2.4-cü (zorlama, zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla törədildikdə, 151-ci (seksual xarakterli hərəkətlərə məcbur etmə) və 29.150.1-ci (seksual xarakterli hərəkət etməyə cəhd) maddələri ilə, Camal Tağıyev isə yalnız 149.2.4-cü maddəsi ilə ittiham edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR