AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakıda məscidi partlatmaq istəyən terrorçudan XƏBƏR VAR

  • + A
  • - A
  • 18-03-2017, 10:58

    Bakıda məscidi partlatmaq istəyən terrorçudan XƏBƏR VAR














    Bakıda məscidi partlatmaq istəyən şəxsin apellyasiya şikayəti təmin edilməyib.

    Bakı Apellyasiya Məhkəməsində Bakının Qaraçuxur qəsəbəsində məscidi partlatmaq istəyən Elnur Ələkbərovun apellyasiya şikayətinə baxılıb.

    APA xəbər verir ki, məhkəmə şikayəti təmin etməyib.

    Qeyd edək ki, 2014-cü il noyabrın 26-da Qaraçuxur qəsəbəsində yerləşən "Cümə" məscidi yandırılıb. Hadisəni törətməkdə şübhəli bilinən Namiq Nəsibov və Elnur Ələkbərov saxlanılıblar.

    Müəyyən edilib ki, Namiq Nəsibov 2014-cü ilin avqust-sentyabr aylarında Suriya Ərəb Respublikasının PKK terror təşkilatının nəzarətində olan ərazilərinə gedərək oradakı döyüşlərdə iştirak edib. Namiq Nəsibov Suriyanın Kobani şəhərindən qayıtdıqdan sonra Elnur Ələkbərovla birgə PKK terror təşkilatının Azərbaycanda qanadı olaraq qeyri-rəsmi "Yekbun" təşkilatını yaradıb və ətraflarına tərəfdarlar toplamağa başlayıblar. Namiq Nəsibov və Elnur Ələkbərov sosial şəbəkələr vasitəsi ilə yaratdıqları təşkilatın adından Bakı şəhərində aksiyaların keçirilməsi üçün çağırışlar da edib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E. Ələkbərov 15 il müddətinə azadlıqdan məhrum edilib. Namiq Nəsibov isə məcburi müalicəyə göndərilib. Hökmdən yalnız E. Ələkbərov apellyasiya şikayəti verib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR