Moskva vilayətinin Podolsk şəhərində Yelisavetinski bazarında yanğın baş verib. Telegram kanalı “Ostorojno, Moskva”nın məlumatına görə, alov ticarət obyektinin pavilyonlarından birində başlayıb.
Şahidlərin sözlərinə görə, qatı tüstü qısa müddətdə ticarət sıralarını bürüyərək ətraf əraziyə yayılıb.
Podolsk şəhər dairəsinin administrasiyasından bildirilib ki, yanğın Bolşaya Serpuxovskaya küçəsi, 229 ünvanında qeydə alınıb. Rəsmi məlumata əsasən, alov 30 kvadratmetr ərazini əhatə edib. Hadisə nəticəsində xəsarət alanlarla bağlı məlumat yoxdur.
Hadisə yerinə dərhal yanğınsöndürənlər və digər operativ xidmətlərin əməkdaşları cəlb olunub. Hazırda yanğının söndürülməsi davam edir, mütəxəssislər hadisənin başvermə səbəblərini araşdırırlar.
Qeyd edək ki, avqustun 8-də də Podolskda Kirov küçəsi, 28 ünvanında yerləşən üçmərtəbəli kərpic xəstəxana binasında yanğın baş vermişdi. Yanğının söndürülməsinə 16 xüsusi texnika və 40 xilasedici cəlb edilmişdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.