Bakıda kütləvi dava: “Emil 444” qətlə yetirildi
Bakının Binəqədi rayonunda kütləvi dava olub.
“Report” xəbər verir ki, İsrafil Həşimov küçəsində baş vermiş dava zamanı kriminal aləmdə “Emil 444” ləqəbi ilə tanınan Səfərov Emil Ehtiram oğlu qətlə yetirilib.
ONA yazır ki, qətli törədən şəxs Emil Səfərova məxsus hərəkətdə olan “BMV” markalı avtomobilin arxa oturacağına əyləşib bıçaqla onun bədəninə zərbələr endirib, sonra isə boğazını kəsib. O, Emilin öldüyünə əmin olduqdan sonra hadisə yerini tərk edib.
Həmçinin 1958-ci il təvəllüdlü Yusifov Əli Məhəmməd oğlu bıçaq xəsarətləri ilə 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir.
İki nəfəri bıçaqlamaqda şübhəli bilinən bir nəfər şəxs saxlanılıb.