AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gədəbəydə itkin düşmüş şəxslə bağlı — DƏHŞƏTLİ FAKT ÜZƏ ÇIXDI

  • + A
  • - A
  • 13-05-2019, 11:55

    Gədəbəydə itkin düşmüş şəxslə bağlı — DƏHŞƏTLİ FAKT ÜZƏ ÇIXDI


    Gəncə Ağır Cinayətlər Məhkəməsində Gədəbəydə qətl törətməkdə təqsirləndirilən Zakir İsgəndərovun cinayət işi üzrə məhkəmə iclası başlayır.
    Hakim Dadaş İmanovun sədrliyi ilə keçiriləcək məhkəmə baxış iclası may ayının 14-nə təyin edilib.

    İttihama görə, ötən il iyulun 6-da Gədəbəy rayonunda Cəyir çayının Günəş kəndinin ərazindən keçən hissəsində iyulun 2-dən itkin düşmüş Ərtəpə kənd sakini Emin Bədəlovun üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.
    Faktla əlaqədar polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilib.
    Əməliyyat-axtarış tədbirləri nəticəsində Emin Bədəlovu küt alətlə qətlə yetirməkdə şübhəli bilinən Söyüdlü kənd sakini Zakir İsgəndərov saxlanılaraq istintaqa təhvil verilib.

    İstintaq orqanı tərəfindən Zakir İsgəndərovun barəsində Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR