Şamaxıda ağır yol qəzası baş verib.
“Qafqazinfo” məlumatına görə, Şamaxı-Pirqulu yolunun Qızmeydan kəndi ərazisindən keçən hissəsində “Vaz 2107” markalı avtomobil dərəyə aşıb. Nəticədə bir neçə dəfə yuvarlanan maşındakı 3 yaşlı oğlan uşağı dünyasını dəyişib
İlkin məlumatlara görə, “VAZ 2107”nin sürücüsü Şamaxının Kürdəmiç kənd sakini hazırda Bakıda yaşayan Atəş Quliyev olub. Qəza nəticəsində dünyasını dəyişən 3 yaşlı uşaq sürücünün övladı Quliyev Əmrah Atəş oğludur.
Avtomobildə olan digər azyaşlı sərnişinlər, 2015-ci il təvəllüdlü Quliyev Uğur Atəş oğlu Hüseynli Turan xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.